İnsan Resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
• Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin davamiyyət uçotunun aparılaması;
• İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi.
Namizədə bağlı tələblər
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
• İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
• İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
• Azərbaycan, Rus dillərini əla səviyyədə bilməli;
• MS Office proqramlarını, xüsusilə 1C proqramını yaxşı səviyyədə bilməli;
• İnsan resursları sahəsində azı 3 il iş təcrübəsi;
İş Şəraiti:
• İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
• Əmək haqqı: 700-800 AZN.
Maraqlanan namizədlər mövzu yerində “İnsan Resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, İnsan Resursları (HR) |