17 C
Baku
Friday, October 18, 2024

İnsan resursları üzrə mütəxəssis (Şirvan şəhəri) – Azərbaycan Dəmir Yolları

0
İnsan resursları üzrə mütəxəssis (Şirvan şəhəri) – Azərbaycan Dəmir Yolları
Şirvan
23.07.2024

Təsvir

  • İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək;
  • Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsində iştirak etmək;
  • Vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq;
  • Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək;
  • Ştat sorğularının Oracle tətbiqi, elektron informasiya sistemi üzərindən icra edilməsi ilə bağlı sorğuları tərtib etmək, aidiyyəti struktura ünvanlamaq, məlumatları proqram təminatına işləmək;
  • ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək;
  • Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərin elektron məlumat bazasını idarə etmək;
  • ADY-nin sədrinin nomenklaturuna daxil olan vəzifələri tutan işçilərin sənədlərini aidiyyəti struktura təqdim etmək, daim yenilənmiş vəziyyətdə olmasını təmin etmək;
  • İnsan resursları sahəsinə dair sənədlərin arxiv işini aparmaq, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışları vermək;
  • Ehtiyac olduqda iş vaxtından istifadənin optimallaşdırılması və normalaşdırılması ilə bağlı təkliflər vermək;
  • Tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • Əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrinin hesablanması cədvəllərini işləmək aidiyyəti üzrə təqdim etmək;
  • Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
  • Rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
  • Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq;
  • Əmək haqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartalarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək;
  • Adaptasiya (işə uyğunlaşdırma), təcrübə proqramları və işdən çıxış sorğuıarının həyata keçirilməsini təşkil və tətbiq etmək;
  • Başqa işə keçirilmə əməliyyatları ilə bağlı sorğuları aidiyyəti struktura təqdim etmək;
  • Ehtiyac olduqda iş yerlərinin attestasiyasının keçirilməsi prosesində iştirak etmək;
  • Ehtiyac olduqda işçilərin attestasiyasının nəticələrinin təhlilində iştirak etmək, attestasiya komissiyasının qərarlarının icrasını təmin etmək;
  • İşçilərin əmək intizamına, o cümlədən daxili intizam qaydalarına əməl etmələrinə nəzarət etmək, işçilər barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı aidiyyəti üzrə arayışlar təqdim etmək, müvafiq əmr layihələrini hazırlamaq;
  • İşçilərin əmək münasibətləri ilə bağlı müraciətlərinə aidiyyəti üzrə baxılmasını və onların təhlil edilməsini həyata keçirmək, təhlillər əsasında işçilərin əmək fəaliyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması sahəsində zəruri tədbirlər görmək;
  • Bölmədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
  • Daxili sənədlərin layihəsini hazırlamaq, aidiyyəti üzrə rəhbərliyə təqdim etmək, onların tətbiqinə nəzarət etmək və zərurət üzrə təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  • Departamentin fəaliyyəti ilə bağlı mövcud və yaranması ehtimal olunan riskləri müəyyənləşdirərək təsdiq edilmiş metodologiyaya əsasən qiymətləndirmək və həmin risklər barədə ADY-nin aidiyyəti struktur bölməsini dərhal məlumatlandırmaq;
  • Fəaliyyət istiqamətləri üzrə kargüzarlıq işinin təşkilini təmin etmək;
  • Fəaliyyət istiqamətləri üzrə və birbaşa və funksional rəhbərlərinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək;
  • Aylıq olaraq görülmüş işlər barədə birbaşa və funksional rəhbərinə hesabat vermək.

Tələblər

  • Təhsil: Ali (İstənilən sahə üzrə);
  • İş təcrübəsi: Sahə üzrə 1 il;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar;
  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Elektron informasiya sistemindən istifadə qaydaları;
  • Dil bacarıqları: İngilis və ya rus
  • Komputer bilikləri: MS Office

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)