Bakı
23.07.2024
Vəzifə və öhdəliklər:
- Ödəniş tapşırıqlarının hazırlanması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Alış sənədlərinin proqrama işlənilməsi;
- Sənəd dövriyyəsinin təqibi;
- Üzləşmələrin həyata keçirilməsi;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə edilməsi;
- 1C/8.3 proqramını yaxşı səviyyədə bilməli, ödənişlər üzrə mədaxil-məxaric əməliyyatlarının proqrama işlənilməsini təmin etməli;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi.
Tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə,Mühasibatlıq,İqtisadiyyat);
- Sahə üzrə 2 il-dən yuxarı iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus dili, İngilis dili( arzu olunandır)
- Analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə MS office (Word, Excell ) bilikləri;
- Detallara qarşı diqqətli, intizamlı və məsuliyyətli olmaq;
- Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları.
İş barədə məlumat:
- İş qrafiki: 09:00-18:00 ( beş günlük iş həftəsi);
- Iş yeri Binə qəsəbəsində yerləşir;
- Koroğlu mt/s servis avtobusu vardır;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühasib” şəklində göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |