“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikinti layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:
Vəzifə: İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahələrdə 3 ildən az olmayaraq iş təcrübəsi
Təhsil: Ali təhsil
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Əmək haqqı – 700 AZN
Vəzifə və Öhdəliklər:
• Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
• Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsinin qeydiyyatını aparır, səbəblərini qeyd etməklə raport tərtib edir, mərkəzi ofisə göndərilməsini təmin edir.
• Sahə işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır və mərkəzi ofisə məlumat verir.
• İşçilərin daxili intizam qaydalarına nəzarət etmək və mərkəzi ofisi məlumatlandırmaq. (təqdimat formasında)
• Sahə işçilərinin iş növbəliyini, icazələrini və digər oxşar işləri əlaqələndirmək.
• İşçilərin giriş, ilkin, vaxtaşırı və növbədənkənar təlimatlarının aparılmasını təşkil edir.Vaxt aşırı və lazımı hallarda ( işin xüsusiyyətindən asılı olaraq ) gündəlik təlimatların verilməsini təmin edir.
• İşçilərin sağlam və təhlükəsiz əmək şərayətinin yaradılmasını təşkil edir.
• Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət edir.
• Əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi üzrə cari və perespektiv planların tutulmasın və icrasını təmin edir.
• İşçilərin kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir.
• İşçilərin xüsusi və fərdi geyim, ayaqqabının və digər vasitələrin saxlanmasını, yuyulmasını, təmirini təmin edir.
• İşçilərin soyuq və isti havalarda müvafiq şəraitin yaradılmasını təmin edir.
• İşçilərin təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərməsi qaydalarını öyrədilməsini təşkil edir.
• Bununla yanaşı işçilərin əməyinin müdafiyəsi üzrə qanunvericilikdə nəzərdə tutulan diqər tələblər üzrə işləri təşgil edir və icrasını yoxlayır.
• Tikinti və istismar zamanı ekolojı normalara riayət edilməsinin və yumşaldıcı tədbirlərin efektivliliyinin (yoxlama, müşahidə və s.) monitorinqi;
Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |