23 C
Baku
Friday, April 19, 2024

“İntex Audit & Consulting”-ə 3 yeni vakansiya

0
“İntex Audit & Consulting”-ə 3 yeni vakansiya
01.03.2019

1. Baş mühasib

Tələblər:

– Minimum 5 il mühasiblik təcrübəsi olmalı;
– İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
– 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
– Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması 
– Balansın çıxarılması
– Ezamiyyətlərə hazır olmalıdır.

Vəzifələr:

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
– Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi 
– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması 
– Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
– Ödənişləri nəzarətdə saxlamaq
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– 6 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00, VI gün 09:00 – 13:00);
– Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

_____

2. Auditor

Tələblər:

 Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
 Excel proqramını yüksək səviyyədə bilməli;
 Minimum 3 il baş mühasiblik və audit təcrübəsi olmalı;
 Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
 Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
 Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
 İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
 1C 7.7-8.2 və ya Günəş mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
 Rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
 Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
 ACCA / CPA sertifikatları olanlara üstünlük veriləcək.
 Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;

Vəzifələr:

• Mühasibat uçotunu Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Vergi ödənişlərinə nəzarət etmək
• Vergi bəyannamələrini yığmaq
• Daxili nəzarət (audit)
• Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
• Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– 6 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00, VI gün 09:00 – 13:00);
– Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

______

3. 1C operatoru

Tələblər:

 Minimum 1 il 1c proqramında iş təcrübəsi olmalı;
 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) işləmə bacarığı olmalı;
 Azərbaycan və rus dillərini yaxşı səviyədə bilməli (ingilis dili arzuolunandır)
 Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;

Vəzifələr:

• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılmasına köməklik göstərmək;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilən məlumatların və sənədlərin toplanması;
• Bütün məlumatların 1C proqramına işlənməsi, müxabirləşmələrin aparılması;

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– 6 günlük iş rejimi (I – V günlər 09:00 – 17:00, VI gün 09:00 – 13:00);
– Əmək haqqı 400 manat

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını [email protected] email adresinə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaAudit/ Konsaltinq Şirkətləri