Bakı
06.07.2023
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 16 iyul 2023-cü il.
Vəzifə Öhdəlikləri:
- Qiymətli kağızlar ilə yerli bazarda əməliyyatın yerinə yetirilməsi ehtiyacının yaranmasının müəyyən edilməsi;
- Hansı növ qiymətli kağızların alınmasına dair qərarın verilməsi;
- Emitentin təqdim etdiyi emissiya prospektinin təhlili və kredit riskinin müəyyən olunması;
- İnvestisiya portfelinə daxil olan emitentlər və onların investisiya alətləri haqqında məlumatların təhlili;
- İnvestisiya portfelinin gəlirlilik, durasiya, kredit riski və digər parametrlərinin təhlil olunması;
- İnvestisiya portfelinə dəyişikliyin edilməsi qərarının icrası;
- Yeni investisiya imkanlarının təhlili, qiymətləndirilməsi və irəli sürülməsi prosesi üzrə əldə olunmuş məlumatların təhlil olunması və investisiya imkanları üçün təklifin verilməsi;
- Təklif əsasında investisiya əməliyyatlarının icrası;
- Valyuta mövqeyinin, likvidliyin qorunması və ya idarə edilməsi;
- Strateji plan və illik büdcə planlarının hazırlanmasında iştirak;
- İnvestisiya siyasətində qeyd olunan risk limitlərinə, habelə Risk iştahası bəyannaməsində (RİB) qeyd edilən kredit, bazar və likvidlik riskləri üzrə metriklərə nəzarət etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Xəzinədarlıq, investisiya, və treyder funksiyası (broker şirkətlərində) üzrə 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə, iqtisadiyyat, Riaziyyat, Statistika sahələri üzrə bakalavr dərəcəsi tələb olunur.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta səviyyədə bilikərin olması.
- Üstünlüklər: R Proqramlaşdırma dili üzrə biliklər, CFA və ya FRM beynəlxalq sertifikatlarının olması.
- Kompüter bilikləri: MS Office: əla səviyyədə bilikərin olması.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma.
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |