9 C
Baku
Friday, December 13, 2024

İnvestisiya şöbəsinin baş mütəxəssisi – PASHA Life

0
İnvestisiya şöbəsinin baş mütəxəssisi – PASHA Life
Bakı
06.07.2023

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 16 iyul 2023-cü il.

Vəzifə Öhdəlikləri: 

  • Qiymətli kağızlar ilə yerli bazarda əməliyyatın yerinə yetirilməsi ehtiyacının yaranmasının müəyyən edilməsi;
  • Hansı növ qiymətli kağızların alınmasına dair qərarın verilməsi;
  • Emitentin təqdim etdiyi emissiya prospektinin təhlili və kredit riskinin müəyyən olunması;
  • İnvestisiya portfelinə daxil olan emitentlər və onların investisiya alətləri haqqında məlumatların təhlili;
  • İnvestisiya portfelinin gəlirlilik, durasiya, kredit riski və digər parametrlərinin  təhlil olunması;
  • İnvestisiya portfelinə dəyişikliyin edilməsi qərarının icrası;
  • Yeni investisiya imkanlarının təhlili, qiymətləndirilməsi və irəli sürülməsi prosesi üzrə əldə olunmuş məlumatların təhlil olunması və investisiya imkanları üçün təklifin verilməsi;
  • Təklif əsasında investisiya əməliyyatlarının icrası;
  • Valyuta mövqeyinin, likvidliyin qorunması və ya idarə edilməsi;
  • Strateji plan və illik büdcə planlarının hazırlanmasında iştirak;
  • İnvestisiya siyasətində qeyd olunan risk limitlərinə, habelə Risk iştahası bəyannaməsində (RİB) qeyd edilən kredit, bazar və likvidlik riskləri  üzrə metriklərə nəzarət etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Xəzinədarlıq, investisiya, və treyder funksiyası (broker şirkətlərində) üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə, iqtisadiyyat, Riaziyyat, Statistika sahələri üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta səviyyədə bilikərin olması.
  • Üstünlüklər: R Proqramlaşdırma dili üzrə biliklər, CFA və ya FRM beynəlxalq sertifikatlarının olması.
  • Kompüter bilikləri: MS Office: əla səviyyədə bilikərin olması.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma.

İmtiyazlar:

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaSığorta