-3 C
Baku
Sunday, December 15, 2024

İnvestisiya şöbəsinin mütəxəssisi – PASHA Life

0
İnvestisiya şöbəsinin mütəxəssisi – PASHA Life
Bakı
13.04.2020

Vakansiya haqqında məlumat:

Struktur bölmə: İnvestisiya şöbəsi
Vəzifə: Mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 26 aprel 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
2. Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
3. Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
4. Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur;

Təhsili/ixtisası: Ali – Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika, Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr dərəcəsi üstünlükdür;
Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir;

Kompüter bilikləri: MS Excel – əla, MS Outlook – orta, MS Word – orta, MS PowerPoint – orta;

Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər, Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, təsir göstərmə, problem həlletmə, geniş perspektiv, planlaşdırma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az(012) 942

Vakansiya üçün müraciət qaydası:

Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “İnvestisiya şöbəsinin mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşin aid olduğu sahə

KateqoriyaSığorta