Bakı
20.02.2023
Təsvir:
- Banka daxil olan və bankdan göndərilən sənədlərlə iş (qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi);
- Bankdaxili bütün növ sifarişlərin (dəftərxana, ofis avadanlığı və ləvazimatlar) ESD-yə yerləşdirilməsi və işçilərə təhvil verilməsi;
- Görüş otaqlarının bronlaşdırılması;
- Ofisdə səliqəyə, təmizliyə və dəftərxana ləvazimatlarına nəzarət;
- Print-pointlərin səliqə və təmizliyinə nəzarət;
- Ofisin anbarına nəzarət və anbarla işin aparılması (anbarın vaxtlı-vaxtında təsərrüfat malları ilə təchiz edilməsi və möhkəmləndirilməsi, anbardakı əşyaların, mal-materialın saz vəziyyətdə saxlanması və dövriyyəsinə nəzarət);
- Müvafiq əmrlə müəyyən edilmiş qaydada və müddətdə anbar qalıqları barədə hesabatın verilməsi;
- Texniki işçi heyətinin (xadimə, çayçı) işinə nəzarət;
- Havalandırma, soyutma, isitmə sistemlərinin işinə nəzarət;
- İnzibati binada təşkilati məqamların həlli (ustaların, fəhlələrin vaxtlı-vaxtında hadisə yerinə gəlməsinin təmin olunması və digər administrativ sorğu və sualların həll olunması);
- Banka daxil olan mal-materialın (sular, mallar) qəbulu;
- İnventarların ofisdaxili dövriyyəsinə nəzarət (işdən çıxan, işə qəbul olan işçilərlə inventarların təhvil-təslimi);
- “Onlayn kargüzarlıq” sistemi vasitəsilə daxil olan və göndərilən sənədlərlə iş (qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi);
- Rəhbərliyin imzası tələb olunan sənədlərin qəbul edilməsi, imzaya təqdim edilməsi, imzadan sonrakı qeydiyyatının aparılması və aidiyyatı struktur bölmələr üzrə göndərilməsi;
- Arxiv sorğularının (tələbnamələrin) qəbulu, emalı, cavablandırılması;
- Kuryer və poçt daşınmaları işinin təşkili (məktubların, sənədlərin, bank kartlarının filiallararası, ofislərarası, şəhərdaxili, şəhərxarici dövriyyəsinin təşkili).
Əlavə məlumatlar:
- İş vaxtı: 09:00-18:00
- İş qrafiki – 5gün
- Əmək haqqı razılaşma əsasında.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər:
- Dəqiqlik, səliqəlilik, məsuliyyət hissi, fikri bir neçə istiqamət üzrə bölüşdürmək bacarığı tələb olunur.
- Yazılı və şifahi Azərbaycan dilini yüksək səviyyədə bilməlidir.
- Humanitar (filoloji, pedaqoji) təmayül arzuolunandır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |