6 C
Baku
Sunday, December 15, 2024

Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis – PASHA Bank

0
Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis – PASHA Bank
Bakı
17.02.2023

İşiniz nədən ibarətdir?

  • Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həlli;
  • Telefon və İM vasitəsilə texniki dəstək mərkəzinə daxil olan işlə bağlı bütün sorğuların qeydiyyatının aparılması;
  • Əməkdaşlara verilən bütün İT avadanlıqlarının qeydiyyatının aparılması;
  • Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan işlə əlaqəli sorğulara baxılmasının prioritetləşdirilməsi;
  • Service Desk vasitəsi ilə qeydiyyata alınan, lakin Son istifadəçilərə dəstək qrupuna aid olmayan sorğuların vaxtında Help Desk qrupuna yönləndirilməsi;
  • Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhətlərin verilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: informasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
  • Təcrübə: müvafiq sahə üzrə minimum 0-1 il iş təcrübəsi.
  • Xarici dil: ingilis və ya rus dili bilikləri arzuolunandır.
  • Kompüter bilikləri: “Microsoft OS” və Microsoft Office” proqramları üzrə biliklər.
  • Məhsul biliyi: texniki dəstək sistemi.
  • Bazar biliyi: inzibati / texniki dəstək üzrə təcrübə.
  • Digər: yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratma bacarığı.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi