28 C
Baku
Wednesday, July 24, 2024

İqtisadiyyat İdarəsi Risklərin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi – Azərbaycan Hava Yolları

0
İqtisadiyyat İdarəsi Risklərin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi – Azərbaycan Hava Yolları
Bakı
05.04.2023

Vakansiyanın təsviri

  • Aylıq olaraq Əsas Risk Göstəricilərinin (KRI- key risk indicator) hesablanmasını və hesabatlığını aparmaq;
  • Risk iştahasının hazırlanmasında iştirak etmək və monitorinqi ilə bağlı prosesə nəzarəti təmin etmək;
  • Risk Control Self Assessment (RCSA) prosesini koordinasiya etmək və digər struktur bölmələrə metodoloji dəstək göstərmək;
  • Risk xəritəsini hazırlamaq;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər struktur bölmələrdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Business Impact Analysis (BIA) prosesini koordinasiya etmək və digər struktur bölmələrə metodoloji dəstək göstərmək;
  • Üçüncü tərəf risklərinin qiymətləndirilməsi (TPRA) prosesində iştirak etmək;
  • QSC-nin təklif etdiyi məhsul və xidmətlərin risk qiymətləndirməsini həyata keçirmək;
  • Risklərin idarə edilməsi və maliyyə sahələri üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
  • Audit hesabatları ilə iş – aşkarlanmanı və təbdirlər planını dəyərləndirmək, risk səviyyəsini qiymətləndirmək, lazımi halda məsul şəxslərdən əlavə tədbirlər planını tələb etmək, auditlə yekun nəticələri razılaşdırmaq;
  • Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə rəy vermək.
  • İş şəraiti:   İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar, bayram və matəm günləri qeyri-iş günləridir;
  • Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • Risklərin idarə olunması və ya audit sahəsində ən az 2 il iş təcrübəsi (maliyyə qurumları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir)
  • Əla səviyyədə Excel və SQL biliklərinə sahib olması (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s).
  • Dil bilikləri: azərbaycan dili – əla, ingilis dili – əla.
  • Yüksək təqdimat və ünsiyyət qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti.
  • Beynəlxalq sertifikatlara (CFA, FRM) malik olması arzuolunandır;