Bakı
05.04.2023
Vakansiyanın təsviri
- Aylıq olaraq Əsas Risk Göstəricilərinin (KRI- key risk indicator) hesablanmasını və hesabatlığını aparmaq;
- Risk iştahasının hazırlanmasında iştirak etmək və monitorinqi ilə bağlı prosesə nəzarəti təmin etmək;
- Risk Control Self Assessment (RCSA) prosesini koordinasiya etmək və digər struktur bölmələrə metodoloji dəstək göstərmək;
- Risk xəritəsini hazırlamaq;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər struktur bölmələrdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- Business Impact Analysis (BIA) prosesini koordinasiya etmək və digər struktur bölmələrə metodoloji dəstək göstərmək;
- Üçüncü tərəf risklərinin qiymətləndirilməsi (TPRA) prosesində iştirak etmək;
- QSC-nin təklif etdiyi məhsul və xidmətlərin risk qiymətləndirməsini həyata keçirmək;
- Risklərin idarə edilməsi və maliyyə sahələri üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
- Audit hesabatları ilə iş – aşkarlanmanı və təbdirlər planını dəyərləndirmək, risk səviyyəsini qiymətləndirmək, lazımi halda məsul şəxslərdən əlavə tədbirlər planını tələb etmək, auditlə yekun nəticələri razılaşdırmaq;
- Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə rəy vermək.
- İş şəraiti: İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək;
- Şənbə və bazar, bayram və matəm günləri qeyri-iş günləridir;
- Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur;
- İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Xüsusi tələblər
- Təhsili/ixtisası: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
- Risklərin idarə olunması və ya audit sahəsində ən az 2 il iş təcrübəsi (maliyyə qurumları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir)
- Əla səviyyədə Excel və SQL biliklərinə sahib olması (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s).
- Dil bilikləri: azərbaycan dili – əla, ingilis dili – əla.
- Yüksək təqdimat və ünsiyyət qabiliyyəti;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
- Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti.
- Beynəlxalq sertifikatlara (CFA, FRM) malik olması arzuolunandır;
Müraciət üçün (CV): https://www.azal.az/az/company/career/form?vac=294&cat=2