8 C
Baku
Thursday, December 12, 2024

İR Təlim və İnkişaf Şöbə Müdiri – OBA market

0
İR Təlim və İnkişaf Şöbə Müdiri – OBA market
Bakı
10.10.2023

Vakansiyanın təsviri

  • Şirkətin Öyrənmə və İnkişaf Siyasətinə əsasən təlim və inkişaf prosesinin təşkil edilməsini təmin etmək;
  • Təşkilati, funksional və fərdi səviyyədə təlim ehtiyyaclarını analiz etmək və İllik Təlim Planını tərtib etmək;
  • Təlim Planına əsasən İllik Təlim Büdcəsini müəyyən etmək və səmərəli şəkildə idarə etmək;
  • İşçilərin təlimlərə cəlb edilməsi və təlimlərdə iştiraklarının təmin edilməsi məqsədi ilə güclü komunikasiya strategiyası qurmaq;
  • İşçilərin səriştə və bacarıqlarını qiymətləndirərək onlar üçün inkişaf planı hazırlamaq və davamçı yetişdirmə proqramlarını həyata keçirmək;
  • Şirkət üzrə İstedadların İdarəedilməsi proqramlarının təstiqini təmin etmək və icrasına nəzarət etmək;
  • Departament və şöbələr üçün işçi bağlılığı strategiyalarını təklif etmək və icrası üçün lazımi tədbirlər  görmək;
  • Təlimlərin effektivliyinin və investisiyanın rentabelliyinin periodik olaraq monitorinqini və qiymətləndirilməsini və bu barədə rəhbərliyə hesabatın təqdim edilməsini təmin etmək;
  • Əlavə təminatlar: Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;
  • İş qrafiki: İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

 

Xüsusi tələblər

 

  • Təhsil səviyyəsi: Ali təhsil (İnsan resursları istiqaməti üzrə təhsili olan və sahə üzrə beynəlxalq sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir);
  • İş təcrübəsi: müvafiq sahədə min. 5 il;
  • Dil bilikləri: Azərbaycan və İngilis dili -səlist, Rus dili- arzuolunandır;
  • Qida və Satış sektorunda Təlim tədris etmə bacarıqlarının olması mütləqdir;
  • Kompüter bilikləri: MS Office (sərbəst);
  • Liderlik və idarəetmə bacarığı
  • Koçluq və mentorluq qabiliyyəti
  • Kommunikasiya və danışıqların aparılması bacarıqları
Müraciət etmək üçün[email protected]