“İrşad Electronics” MMC “Satış müdiri” vakansiyası üzrə əməkdaş axtarışındadır:
Vəzifə və öhdəliklər:
-Müvafiq qaydada satış hədəflərini təyin etmək və idarə etmək;
-Marketinq strategiyalarının, trendlərin analiz və nəticələrinin gəlir planının təhlilini aparmaq;
-Regionlar və ərazilər üzrə illik satış kvotalarını proqnozlaşdırmaq və inkişaf etdirməklə satış məqsədlərini müəyyən etmək;
-Mövcud və yeni məhsullar üçün satış həcmini və mənfəətini proqnozlaşdırmaq;
-Satış qiymətlərinin müəyyən edilməsi üçün bazar araşdırması aparmaq;
-Bazar tələblərini və rəqabət mühitini aşkarlamaq;
-Rəqibləri , bazarda tələbatını, dəyişkən tendensiyaları araşdıraraq satış həcmini yüksəkdə saxlamaq;
-Müştəri bazasının genişləndirilməsi məqsədi ilə strateji plan hazırlamaq və icra edilməsinə nəzarət;
-Korporativ müştərilərlə menecment səviyyəsində əlaqələr yaratmaq;
-Müştəri ehtiyac və məqsədlərini aşkarlamaq üçün onlarla daim ünsiyyətdə olmaq;
-Güclü, uzunmüddətli şirkət və müştəri münasibətlərini yaratmaq, inkişaf etdirmək və idarə etmək;
-Satış komandasının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
-Komandanın motivasiyasının yüksək saxlanılması üçün təkliflər hazırlamaq və komandanın hədəflərinə çatmasında lazımı dəstəyi təmin etmək;
-Satış sonrası müştəri məmuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək;
-Xərcləri, rəqabəti, tələb və təklifi izləməklə satış qiymətlərini düzgün təyin etmək və tənzimləmək;
-Satış, mühasibatlıq və əməliyyat şöbələri ilə birgə iş quraraq satış tələblərini yerinə yetirmək;
-Marketinq və satış arasında olan sıx və ardıcıl əlaqənin yaradılması ilə KPİ hesabatlarının verilməsi;
-Aparılan analitik hesabatlar vasitəsi ilə potensial müştərilər haqqında məlumatların keyfiyyətini yoxlamaq.
Tələblər:
Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
-Ümumi satış təcrübəsi 5-8 il, rəhbər təcrübəsi ən azı 3 il;
-Azərbaycan və Rus dillərində mükəmməl yazma və ünsiyyət bacarığı,
-MS Office proqramlarından istifadə etmək bacarığı;
-Məlumatların təhlili, hesabatların hazırlanması və tendensiyalar əsasında strateji qərarların verilməsi sahəsində təcrübəsi olmalıdır;
-Qısa müddət ərzində bir neçə layihəni eyni anda idarə etmə bacarığı;
-Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
-Satış sahəsi üzrə nəzəri və praktiki bilgiləri, komanda idarəedilməsi bacarığı olmalıdır;
– Yaş: 30-40 arası;
– Cinsi: kişi;
İş şəraiti:
– İş yeri: “İrşad Electronics” MMC;
– İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
– Əməkhaqqı: 2500 AZN + bonus.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |