6 C
Baku
Monday, December 16, 2024

İşə qəbul üzrə kiçik mütəxəssis (Junior Recruiter) – Kontakt Home

0
İşə qəbul üzrə kiçik mütəxəssis (Junior Recruiter) – Kontakt Home
12.09.2019

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: İşə qəbul üzrə kiçik mütəxəssis (Junior Recruiter)

Vəzifə öhdəlikləri:

• Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
• Gündəlik müsahibə cədvəlinin aparılması;
• Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
• Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi;
• Müsahibə nəticələrinin database-nin aparılması;
• İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

• Ali təhsil ;
• İnsan Resursları sahəsində iş təcrübəsi – 1 ilə dək;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
• Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
• İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.

Şəxsi keyfiyyətlər:

• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İşə qəbul üzrə kiçik mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər