7 C
Baku
Sunday, December 15, 2024

İstehsalat üzrə direktor müavini – METAK

0
İstehsalat üzrə direktor müavini – METAK
Bakı
27.02.2024

Vakansiyanın təsviri

  • Şirkətin ümumi strategiyasına uyğun olaraq istehsalın məqsəd və vəzifələrini müəyyən edərək istehsal prossesinin təşkili və idarə olunması;
  • İstehsalın inkişafı və əməliyyatların səmərəliliyinin artırılması üzrə planların işlənib hazırlanması və həyata keçirilməsi;
  • İstehsal fəaliyyətinə və planların icrasına nəzarətin edilməsi;
  • Problemli sahələrin müəyyən edilməsi, onların aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanması;
  • İstehsal ehtiyatlarının, o cümlədən əmək, maliyyə və maddi resursların idarə edilməsi;
  • Səmərəliliyi artırmaq, xərcləri azaltmaq və istehsal dövrünün müddətlərini azaltmaq üçün istehsal proseslərinin optimallaşdırılması;
  • İş təhlükəsizliyi və əməliyyat standartlarına əməl etməyə nəzarət etmə;
  • Əməliyyatların və proseslərin keyfiyyətində təkmilləşdirmələrin etdirilməsi üçün yeni texnologiyaların, avadanlıqların və prosedurların araşdırılması və tətbiqi;
  • Təhlil və məlumatların istifadəsi ilə istehsalın effektivliyinin qiymətləndirilməsi və dəyişikliklərin icrası;
  • Məhsuldarlığı artırmaq üçün avadanlıqdan istifadənin optimallaşdırılması, iş axınının sadələşdirilməsi və yeni texnologiyaların tətbiqi;
  • Kaizen, 5S və Six Sigma keyfiyyətin idarə edilməsi kimi yanaşmaların tətbiqi;
  • İstehsalat fəaliyyəti barədə aylıq texniki hesabatların hazırlanması.

Xüsusi tələblər

  • Ali texniki təhsil;
  • İstehsalat sahəsində ən azı 5 il iş təcrübəsi;
  • İstehsal və əməliyyatlar haqqında biliklərə malik olmalı;
  • İstehsal prosesinin əsas prinsipləri və anlayışlarını başa düşməli;
  • Keyfiyyətin yaxşılaşdırılması və məhsuldarlığın artırılması üzrə müasir metodologiyaları haqqında texniki anlayış və bilikləri olmalı;
  • Təşəbbüskar və yenilikçi olmalı;
  • Liderlik bacarığı;
  • Yüksək ünsiyyətqurma bacarığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər