İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İT əməliyyatları şöbəsində Sistem inzibatçısı” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Sistem inzibatçısı” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İT əməliyyatları şöbəsi
Vəzifə: Sistem inzibatçısı
Bilavasitə tabeçiliyi: Şöbə meneceri
Vəzifə öhdəlikləri:
– Windows və Linux sistemlərinin qurulması və sazlanması;
– Sistemin saxlanılması, sistemin ehtiyat nüsxələrinin yaradılması, sistemin məhsuldarlığının monitorinqi
– Sistemlərə texniki dəstək və istifadə təlimatların hazırlanması, sistemlərin modernləşdirilməsi, yenilənməsi və miqrasiyası;
– Sistemin təhlükəsizliyinin qorunması;
– Bütün sənədlərin sistem tələblərinə uyğun hazırlanması və vaxtaşırı qiymətləndirilməsi, testlərin keçirilməsi.
Tələblər:
– Windows sistemlərini MCP və Linux sistemlərini RHCE səviyyəsində bilmək;
– Bash və PowerShell scripting ilə təcrübə;
– Active Directory, MS Exchange quraşdırma, konfiqurasiya və xidmət göstərilməsi üzrə təcrübə;
– Saxlanc və yedək cihazları ilə təcrübə;
– VMware və Hyper-V virtualizasiya mühitlərinin layihələndirilməsi, həyata keçirilməsi və dəstəklənməsi təcrübəsi;
– Kompüter şəbəkələri haqqında ümumi biliklər (TCP/IP, HTTP/HTTPS, Load Balancers, Proxies);
– İstehsalat serverlərində xidmətlərin yaradılması və monitorinqin aparılması;
– Əla təşkilatçılıq, analitik və müstəqil problem həll etmə bacarıqları.
Biz Sizə nə təklif edirik:
– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Yığım sığortasına qoşulma imkanı;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, İT |