22 C
Baku
Friday, April 19, 2024

İT infrastrukturu üzrə mütəxəssis / kiçik mütəxəssis – PAŞA Sığorta

0
İT infrastrukturu üzrə mütəxəssis / kiçik mütəxəssis – PAŞA Sığorta
31.05.2019

“PAŞA Sığorta” ASC namizədləri “İT infrastrukturu üzrə mütəxəssis / kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• İstifadəçilərdən telefon və e_mail vasitəsi ilə gələn sorğuları qeydiyyata almaq;
• İnsidentlərin və istifadəçi sorğularının vaxtında həlli etmək;
• “On-boarding” prosesinin bir hissəsi olaraq istifadəçi hesablarının açılması və kompyuter avadanlığının hazırlamaq;
• Yeni proqram və kompüter avadanlığının istifadəsi üzrə istifadəçiləri istiqamətləndirərək  təlimat vermək;
• İstifadəçilər ilə lazımi qaydada əlaqə qurmaq və işin gedişatı barədə daim xəbərdar etmək;
• Kompüterləri və lazımi periferik qurğuları qurmaq;
• Lokal şəbəkələri inkişaf etdirmək və optimallaşdırmaq;
• Şəbəkələrin və kompüter sistemlərinin təhlükəsizliyini və məxfiliyini təmin etmək;

Bilik və bacarıqlar:

• İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
• MS Office ilə qabaqcıl istifadə bacarıqları;
• Müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə dərin biliklər;
• İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə dərin biliklər
• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

Son müraciət tarixi: 30 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta