17 C
Baku
Sunday, May 5, 2024

İT mütəxəssis (Bərdə) – DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

0
İT mütəxəssis (Bərdə) – DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
Bərdə
13.09.2023

Vəzifə funksiyaları:

  • noutbuk, masaüstü kompüterlər, printerlər və digər avadanlıqlar, proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
  • ofis daxili şəbəkənin tənzimlənməsi, problemlərin aradan qaldırılması;
  • PC və Noutbuk avadanlıqlarının ilkin diaqnostikası (hardware);
  • informasiya təhlükəsizliyinin təmin olunması;
  • yeni avadanlıqların quraşdırılması, istifadəçinin təlimatlandırılması.

Vəzifənin tutulmasına dair tələblər:

  • ali təhsil (texniki təhsil arzu olunandır);
  • Azərbaycan dili bilikləri;
  • İngilis dili bilikləri (texniki səviyyədə);
  • sistemin ilkin anlayışları (AD, DHCP, DNS və s.)
  • şəbəkənin ilkin anlayışları (OSI, TCP/IP, VLAN, Cabling Standarts)
  • ilkin virtualizasiya və Bulud texnologiyaları haqqında anlayışlar;
  • şəbəkə printerlərlə iş üzrə bilik və iş təcrübəsi;
  • kompüter avadanlığının təmiri və montajı;
  • elastik iş saatlarına uyğunlaşa bilən, ezamiyyəyə gedə bilmə imkanı olmalı;
  • sürücülük vəsiqəsi üstünlükdür.

Üstünlük göstəriciləri:

  • Comp TİA A+ və digər beynəlxalq İT sertifikatları;

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq və təşkilatçılıq;
  • nəticəyə hədəfli;
  • komanda işi.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “İT mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT