6 C
Baku
Monday, December 16, 2024

IT Mütəxəssis – Yeni Qalaaltı Hotel Company

0
IT Mütəxəssis – Yeni Qalaaltı Hotel Company
12.11.2019

Qalaaltı Otel & Spa Şabran şəhərində komandasına qoşulmaq üçün açıqfikirli və enerjili IT Mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri:

• Kompüterler, printerler ve diger avadanlıqlar (o cümleden şebeke avadanlıqları), proqram teminatlarının quraşdırılması, sazlanması ve problemlerin aşkar olunaraq aradan qaldırılmasını temin etmek.
• Zədələnmiş (nasaz) kompüter və avadanlıqların vaxtında təmirini həyata keçirtmək.
• Sistemdəki bütün məlumat və proqramların bərpa olunması qaydalarının təşkil edib idarə etmək.
• IT şəbəkənin tənzimlənməsi, problemlərin aradan qaldırılması (ehtiyac olduğu halda kabeli çekmek ve qoşmaq).
• Sistem nasaz vəziyyətə düşdükdə məlumat və qəza qaydalarını yerinə yetirmək.
• İstifadəçinin bütün ərizə, müraciət, proqram və şəbəkə sistemindən istifadə etmə hüquq və parollarının vaxtında təhlükəsiz yoxlanması qaydalarını gücləndirmək.
• Bütün sistem və proqram təminatlarının cari istifadəyə verilməsi üçün qoruyub saxlamaq.
• İşlənib hazırlanmaqda/yerinə yetirilməkdə olan mövcud və gələcək sistemləri üzrə otel idərəçiliyinə məsləhətlər vermək.
• Tədqiqatlar həyata keçirtmək və proqram təminatında yaranmış nasazlıqları vaxtında məruzə etmək və müvafiq qeydlər aparmaq.
• Digər şöbələrin təlimçilərinə otel sistemlərindən səmərəli istifadə mövzusunda lazımi təlim materialların hazırlanmasında kömək etmək.
• Otelin ofis avtomatlaşdırma sistemlərini işə salmaq və onların işinə nəzarət etmək.
• Sistemlərə, yerli ərazi şəbəkəsinə və geniş system idarəsinə yardım göstərmək.
• Informasiya sistemi idarəsində bütün administrativ idarəçiliyə rəhbərlik etmək.
• Bütün istifadəçilərə otelin informasiya sistemlərindən istifadə edilməsində yardım etmək.
• Bütün otel proqram təminatı ərizələrində sənədləşməni hazırlamaq və saxlamaq.
• Mehmanxanadakı bütün kompüter texniki vasitələrini siyahıya daxil edərək təsdiq etmək.
• Sistemdəki problemləri istənilən vaxtda həll etmək.
• Qonaq tərəfindən hər hansı bir sorğu və ya təklifdən xəbərdar olmaq.
• Çox tapşırıqlı və periodik iş yoxlamalarını həyata keçirmək və əməkdaşlara öhdəlikləri təyin etmək.
• Biznesin səviyyəsini öyrənmək üçün həftəlik siyahıları qrafikləşdirmək və komplektləşdirmək.
• Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək .

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 1 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir);
• Rus və İngilis dili arzu olunandır;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək,
• Micros, Opera, 1C proqramını bilən namizədlərə üstünlük verilir;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və yaşayış yeri ilə təmin edilmə;
• İş qrafiki: Altı günlük iş həftəsi
• İş yeri: Şabrah şəhəri
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “IT mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Qalaalti Hotel & Spa” şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

İşin aid olduğu sahə

KateqoriyaİT, Turizm və otelçilik