2 C
Baku
Saturday, December 14, 2024

İT şöbəsinin kiçik mütəxəssisi – A – Group Insurance Company

0
İT şöbəsinin kiçik mütəxəssisi – A – Group Insurance Company
Bakı
09.09.2024

İş barədə məlumat:

  • İş rejimi: 5 günlük, 09.00-18.00
  • Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
  • Tibbi sığorta qarşılanır.
  • Əmək haqqı: 700 azn

 Vəzifə öhdəlikləri

  • Kompüter avadanlığı və informasiya sistemləri üzrə yaranan çətinliklərin həll edilməsində köməklik göstəririlməsi (L1/L2 – Technical Support);
  • İstifadəçi müraciətlərinin dəqiq və vaxtında qeydiyyata alınması;
  • İstifadəçi hesablarının  yaradılması;
  • Ofis daxili şəbəkə avadanlıqlarına ilkin texniki xidmətin göstərilməsi;
  • Texniki məsələlərlə bağlı istifadəçi problemlərinin həm telefonla, həm də uzaqdan xüsusi proqramlar vasitəsilə təhlili və həll olunması;
  • Mümkün nasazlıqların və problemlərin qarşısını almaq üçün avadanlıq və proqram təminatının profilaktik yoxlamalar və sınaqlarının aparılması;
  • İstifadə olunan proqramlara ilkin baxış və kiçik qüsurların aradan qaldırılmasının təmin edilməsi;
  • Avadanlıqların iş şəraitinə və texniki qulluğuna nəzarət edilməsi;
  • Mərkəzləşdirilmiş internet və şəbəkə avadanlığın, ofis cihazlarının (printer, skaner və s.) quraşdırılmasının təşkil edilməsi.

         Tələblər

  • Ali təhsil
  • İT sahəsində müvafiq fəaliyyət üzrə ən azı 6 ay iş təcrübəsi
  • Windows əməliyyat sisteminin inzibatçılığını bacarmalıdır
  • Microsoft, Adobe, Corel və s. tipli proqram təminatı ilə işləməyi bacarmalıdır
  • Exchange365, “Active Directory”, “File Server” və s. serverlərin iş prinsipi bilikləri olmalıdır
  • VMWare məhsulların iş prinsipi bilikləri olmalıdır
  • Ofis avadanlığın (printer, skaner və s.), İP telefonların, “WiFi” paylayıcıların sazlanması və quraşdırılmasını bacarmalıdır.

Maraqlanan şəxs, mövzuda “İT şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə, CV-ni [email protected] email ünvanına göndərə bilər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta