25 C
Baku
Friday, April 19, 2024

İT Təhlükəsizliyi şöbəsinin rəisi – Rabitəbank

0
İT Təhlükəsizliyi şöbəsinin rəisi –  Rabitəbank
Bakı
30.06.2021

“Rabitəbank” ASC  İT Təhlükəsizliyi şöbəsinin rəisi vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq standartlara uyğun olaraq Bankın komputer şəbəkələrində informasiya təhlükəsizliyini təmin etmək;
  • Bankda İT təhlükəsizliyi sahəsinə aid olan daxili standartların hazırlanması və onların tətbiqini təmin etmək, zəruri hallarda nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
  • Baş verən müxtəlif kibertəhlükəsizlik və kibercinəyatkarlıq hallarını, habelə digər insidentləri vaxtında müəyyən etmək, onların yaranma səbəblərini araşdırmaq və yeni təhlükələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər planlaşdırmaq;
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarının konfiqurasiyasını və mütəmadi monitorinq olunmasını təmin etmək;
  • Fövqaladə hallarda informasiya sistemləri üzrə fəaliyyətin davamlığını təmin etmək;
  • Bank heyətinə İT Təhlükəsizliyi haqqında zəruri məlumat və tələblərin çatdırılmasını təmin etmək, zərurət yarandığı halda müvafiq təlimlər keçirmək;
  • İT təhlükəsizliyi üzrə trendləri izləmək və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.

 

Namizədə olan tələblər:

 

  • İT Təhlükəsizliyi üzrə beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
  • Müvafiq sahədə azı 4 il, rəhbər vəzifələrdə isə azı 1 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə tənzimləyici orqanların normativ sənədlərinin tələb və standartlarını bilmək;
  • Müvafiq təhlükəsizlik tədbirlərinin təşkil olunması sahəsində iş təcrübəsi;
  • Ali təhsil (Müvafiq sahə üzrə olanlara üstünlük verilir);
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasıya qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi keyfiyyətlərə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İT Təhlükəsizlik şöbə rəisi” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaİT