10 C
Baku
Wednesday, December 11, 2024

İT xidmətləri üzrə baş mütəxəssis – PASHA Technology

0
İT xidmətləri üzrə baş mütəxəssis – PASHA Technology
Bakı
10.07.2023

Əsas öhdəliklər:

  • İnsidentlərin idarə edilməsi üçün 1-ci səviyyəli yardımın göstərilməsi və son-istifadəçi avadanlıqları, periferiya qurğuları, proqram təminatı və tətbiqlərlə bağlı  son istifadəçi və müştərilərin sorğularının həyata keçirilməsi;
  • Müvafiq bilet sistemində qeydə alınmış İT Dəstək Xidməti problemləri ilə bağlı daxil olan sorğulara nəzarət etmək və operativ cavab vermək;
  • Təsdiq edilmiş proqram buraxılışlarına uyğun olaraq təkmilləşdirmələr və konfiqurasiya da daxil olmaqla, müştəri hesablama resursları saxlamaq;
  • Təsdiq edilmiş proqram təminatı siyahısına, xüsusi təşkilati ehtiyaclara və biznes proseslərinə uyğun olaraq müştərilərin təşkilatlarına yeni istifadəçilərin daxil olmasına köməklik etmək;
  • Aktivləri İdarəetmə sistemlərində bütün avadanlıqların, proqram təminatının, lisenziyaların və abunəliklərin davamlı olaraq yenilənməsi və ən son inventarının saxlanılması;
  • Təlimatlara uyğun olaraq təsirin azaldılması və bərpa fəaliyyətlərinə köməklik göstərmək;
  • NOC tərəfindən bağlanan əsas işlər üzrə İnsident Sonrası Təhlildə iştirak etmək
  • Ümumi şəbəkə problemlərini ayırmaq və diaqnostika etmək üçün şəbəkə problemlərini aşkar etmək;
  • İdarə olunan xidmətlərlə bağlı texniki yardım üçün telefon və digər elektron vasitələrlə daxil olan sorğulara cavab vermək;
  • İnsident idarəetməsi ilə bağlı sorğulara vaxtında (sənədləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilələr çərçivəsində) cavab vermək və onların yerinə yetirilməsini tələb etmək;
  • Məlumatların daxili şəkildə və müştərilərə effektiv şəkildə ötürülməsi üçün  fəaliyyətləri “PAŞA Technology ticket system”-ində müvafiq sorğuları sənədləşdirmək;
  • Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışı ilə bağlı ehtiyac və suallarına cavab vermək;
  • Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik praktikalarına əməl etmək;
  • Problemləri müstəqil həll etmək və eskalasiya prosedurlarını başa düşmək;
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün tərəfdaşlarla müntəzəm rəsmi görüşlərdə iştirak etmək;
  • Təkrarlanan insidentlərin, problemlərin və çatdırılmayan layihə mərhələlərinin xidmət şöbəsinin rəhbərinə/İnfrastruktur rəhbərinə məruzə edilməsi;

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Texniki sahədə ali təhsil.
  • Mühəndislik və ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.

Təcrübə və bacarıqlar:

  • Texniki Dəstək və ya bənzər vəzifədə minimum 2 il təcrübə.
  • İnsanlarla ünsiyyət qurmağa meylli, ünsiyyətcil.
  • Baza şəbəkə diaqnostikası bacarıqları.
  • Baza Linux CLI bacarıqları.
  • Baza Windows Əməliyyat Sistemi bacarıqları.
  • Məşğul komandada yaxşı işləmək, tez öyrənmək və bir çox məsələlərin öhdəsindən gəlmək bacarığı.
  • Güclü analitik bacarıqlar və müxtəlif mənbələrdən məlumat toplama və şərh etmə bacarığı.
  • Qüsurları qiymətləndirmək, prioritetləşdirmək, müvafiq olaraq cavab vermək və ya eskalasiya etmək bacarığı.   
  •  Biliyini artırmaq və özünü inkişaf etdirmək təşəbbüsü.
  • Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq
  • Əməliyyat keyfiyyətini dəstəkləmək.
  • Təşkilat daxilində həmkarlar və təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini dəstəkləmək.

Kompüter Bilikləri:

  • Microsoft Windows OS, MAC OS, Linux (üstünlük kimi) əməliyyat sistemlərində işləmə bacarığı
  • MS Office proqramları and Microsoft Bulud məhsulları və abunəlikləri illə işləmə bacarığı
  • Data Mərkəz mühitində və Tier standartları barədə biliklər üstünlükdür
  • Bulud modelləri və Bulud məlumat təhlükəsizliyi barədə biliklər üstünlükdür

Dil bilikləri:

  • Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.

Son müraciət tarixi: 14 İyul 2023-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT