10 C
Baku
Wednesday, December 11, 2024

Junior Specialist (Maternity cover) – PASHA Bank

0
Junior Specialist (Maternity cover) – PASHA Bank
25.01.2022

Vəzifənin məqsədi:

Mərkəzləşdirilmiş arxa ofis kimi müştəri məmnunluğu və loyallığına nail olmasına, eyni zamanda əməliyyat fəaliyyətləri zamanı əlavə xərclərin qarşısını almaq üçün daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə, bütün nağdsız əməliyyatların səmərəli, şəffaf və dəqiq icra edilməsinə məsuliyyət daşıyır.

Vəzifə öhdəliyi:

  • Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq bütün növ müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
  • Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi.
  • Müştəri məlumatının düzgün və yetərli olmasının yoxlanılması, növbəti icra ilə əlaqədar sənədlərin hazırlanması və tələblərin bank sistemində icra edilməsi. Müştəri hesabatları da daxil olmaqla müvafiq sənəd dövriyyəsinin təmin edilməsi.
  • ƏD proseduruna uyğun olaraq nağdsız əməliyyatlar şöbəsinin funksiyasının bir hissəsi kimi digər struktur bölmələrinə məlumat dəstəyinin göstərilməsi
  • Şöbələr arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn tələblərin vaxtında cavablandırılması/icrası.
  • Müştəridən daxil olan şikayətlərin idarə olunmasına kömək edilməsi, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması.
  • Müvafiq prosedurlara uyğun olaraq məlumat bazasının və müştəri ilə əlaqədar məhsullar üzrə standart və güzəştli tarif məlumatlarının tələblərə uyğun olaraq tələb edilən sistemlərdə yenilənməsi.
  • Bank sistemində məhsul yaradılmasında daxili müştərilərə texniki dəstəyin göstərilməsi.
  • Müştəri məlumatı ilə əlaqədar müvafiq hesabatların hazırlanmasında digər struktur bölmələrinə dəstəyin göstərilməsi.
  • Funksional sahə ilə əlaqədar prosedurların optimallaşdırılmasında iştirak edilməsi.
  • Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtlı-vaxtında və dəqiq icrasını təmin etmək üçün müvafiq tranzit hesabların yoxlanılması.
  • Müştəri ödənişlərinin müxbir münasibətlərdə effektiv idarə edilməsi prosesinə dəstəyin göstərilməsi.
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə  minimum 0-1 il
  • Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft Office (excel, world)
  • Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Ödəniş sistemləri sahəsində təcrübə

Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi