Kart çatdırılması, mobil və qeyri mobil işçilərin idarəolunması üzrə rəhbər – Unibank

    Bakı
    Posted 5 months ago

    Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

    İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

    Kart çatdırılması, mobil və qeyri mobil işçilərin idarəolunması üzrə rəhbər

    Tələblər:

    • İri pərakəndə banklarda müştəri xidməti ilə bağlı layihələrdə təcrübə;
    • Alternativ kanallar vasitəsilə bank məhsullarının satışının təşkili təcrübəsi;
    • Bankın pərakəndə məhsulları istiqamətində layihə idarəetməsi təcrübəsi;
    • Güclü idarəetmə bacarıqları;
    • Fors-major vəziyyətlərdə sürətli qərar vermək bacarığı;
    • Çoxfunksiyalı şərtlərində işləmək bacarıqları;
    • Ünsiyyət və təqdimat bacarıqları;
    • Planlaşdırma və layihələdnirmə bacarıqları;
    • Design thinking anlayışını başa düşülmək arzuolunandır;
    • Müştəri yönümlük;
    • 30 nəfərdən çox komanda ilə iş bacarıqlar (idarəetmə və nəzarət);
    • Nəticə yönümlü.

    Öhdəliklər:

    ● Kartların müştərilərə çatdırmaq üzrə strategiyanın reallaşdırılması;
    ● Kartların çatdırılması və müştəri xidmətlərin üzrə biznes proseslərin idarə edilməsi;
    ● Müştəri xidmətləri üçün mobil mütəxəssislər qrupunun formalaşdırılması, təlimlədirməsi və motivasiyası;
    ● kanalda satışların planlaşdırılması, büdcələşdirilməsi;
    ● İşçilərin və layihələrin əsas fəaliyyət göstəricilərinin inkişafı və əldə edilməsinə nəzarət;
    ● Logistika və kart istehsalı proseslərinin optimallaşdırılması;
    ● iş proseslərini yaxşılaşdırmaq üçün həll yollarının təhlili və inkişafı.

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (mobil və qeyri mobil işçilərin Rəhbəri) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.