9 C
Baku
Wednesday, December 11, 2024

Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş – Bank BTB

0
Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş – Bank BTB
Bakı
22.02.2021

Bank “BTB” ASC Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir. (Bakı, Sumqayıt, Gəncə üzrə)

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İş barədə məlumat:

• Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
• Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın mikrokreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
• Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə Banka cəlbinin təşkil etmək;
• Müştərilərin kredit sifarişlərini qəbul etmək, maliyyə təhlilinin aparılması;
• Mikro kredit işlərinin hazırlanması və müvafiq Kredit Komitəsinə təqdim olunmasını həyata keçirmək;
• Özünün mikro kredit portfelinin keyfiyyətini nəzarətdə saxlayır, kredit ödənişlərinə və kredit tarixçəsinə nəzarəti həyata keçirmək;

Namizədə tələblər:

• Ali təhsil,
• Kreditləşmə sektorunda iş təcrübəsi,
• Ünsiyyətqurma bacarığı;
• Analitik təhlil qabiliyyəti;
• Təqdimetmə və satış bacarığı,
• MS office proqramında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikrokreditlər üzrə mütəxəssis/aparıcı/baş) göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi