Kart Sistemləri İnzibatçısı – PAŞA Bank

    Bakı
    Posted 3 weeks ago

    “PAŞA Bank” ASC olaraq Kart Sistemləri İnzibatçısı / Kart Sistemləri Baş İnzibatçısı kimi Sizi komandamıza dəvət edirik.

    Bizimlə Siz əldə edəcəksiniz:

    • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
    • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
    • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
    • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
    • Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

    İşiniz nədən ibarətdir?

    • Bankın E-ticarət platformalarının, ACS, MPİ və əlaqəli sistemlərin idarə edilməsi;
    • Kart sistemi və kənar proqram təminatı ilə bağlı dəstəyin göstərilməsi;
    • Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlili və yaranan problemlərin dərhal aradan qaldırılması;
    • Sınaq keçirənlərə test serverlərinin quraşdırılmasında və idarə edilməsində dəstək;
    • Hazırlanma və analiz prosesini sürətləndirmək üçün proqramçılara və məsul sahiblərinə dəstək;
    • Linux, Windows idarəsi və OS ilə əlaqəli inzibatı tapşırıqların icrası;
    • Bank Proqramlarına Dəstək İstiqaməti üzrə mütəxəssislərin bacarıqlarının təkmilləşdirilməsi, onlara daxil olan müraciətlərin araşdırılması və təhlilinə dəstək olaraq sorğunun bağlanma müddətinin azaldılması;
    • Rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

    Sizdən nə tələb olunur?

    Təhsil: Mühəndislik, İnformasiya Texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
    İş təcrübəsi: Şəbəkə əməliyyatı üzrə minimum 1 il
    Xarici dillər: İngilis dili (yaxşı) və Rus dili (orta)
    Kompüter bilikləri: Linux/Windows və Development/Scripting
    Digər : Güclü analitik düşüncə və komandada iş bacarığı
    Üstünlük verilir: Bank sistemləri biliyi

    Müraciət edin:
    Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Kart Sistemləri İnzibatçısı / Kart Sistemləri Baş İnzibatçısı” qeyd edərək göndərməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.