15 C
Baku
Friday, March 29, 2024

Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə Mütəxəssis – PAŞA Bank

0
Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə Mütəxəssis – PAŞA Bank
Bakı
09.07.2021

“PAŞA Bank” ASC Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə Mütəxəssis vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Mövcud kibertəhlükəsizlik sistemlərinin administrasiyasını həyata keçirmək
• Yeni kibertəhlükəsizlik həllərini və funksionallıqlarını tətbiq etmək
• Microsoft 365 və Azure Security həllərini tətbiq etmək və administrasiyasını həyata keçirmək
• Sistem konfiqurasiyalaırnın təhlükəsizlik tələblərinə cavab verməsini təmin etmək (“security hardening”)
• Öhdəliyində olan tapşırıqları vaxtında icra etmək
• Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan sorğular əsasında sistemlərdə müvafiq dəyişikliklər etmək və təkmilləşdirmək
• Kiber insidentlərə cavab üzrə fəaliyyətlərdə iştirak etmək
• Qəbul edilmiş qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatını və icrasını aparmaq
• Texniki dokumentasiya hazırlamaq
• Hesabatların hazırlanmasını təmin etmək
• Bankın siyasət və proseslərinə əməl etmək

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik və digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi arzuolunandır
• İş təcrübəsi: Kibertəhlükəsizlik və ya müvafiq İT sahəsi üzrə 3 il
• Lisenziya/Sertifikat: Kibertəhlükəsizlik və İT sahəsi üzrə sertifikatlar arzuolunandır
• Xarici dil bilikləri: ingilis dili (yaxşı)
• Kompüter bilikləri:
Şəbəkə protokolları və təhlükəsizlik texnologiyaları haqqında biliklər (LDAP, DNS, DHCP, Syslog,. SMTP etc.)
Windows və/və ya Linux ƏS administrasiyası üzrə billik və bacarıqlar.
Kibertəklükəsizlik sistemlərinin administrasiyası və istifadəsi üzrə təcrübə (Antimalware, SIEM, PAM, M365 Security, DLP və s.)
İnformasiya təhlükəsizliyi sahəsində ümumi biliklər
• Digər: Proses və və prosedurlara əməl etmə; Güclü analitik və problem həll etmək qabiliyyəti; Komanda şəklində effektiv işləmə bacarığı; Şifahi və yazılı kommunikasiya bacarıqları

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 15.07.2021-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Kibertəhlükəsizlik sistemlərinin administrasiyası Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT