AFB Bank Katibə-referent vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Katibə-referent
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Əməkhaqqı: 500 AZN
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Müvafiq sahədə iş təcrübəsi;
• Dil bilikləri: rus və azərbaycan dili mütləqdir (ingilis dili arzu olunandır);
• Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
• Microsoft Office proqramları biliyi;
İŞİN TƏSVİRİ:
• Rəhbərliyin təyin etdiyi görüşləri təşkil edir, toplantıların vaxtı və yeri barədə iştirakçıları məlumatlandırır;
• Telefon zənglərini qəbul edir, aidiyyəti üzrə yönləndirir;
• Müraciətlərin vaxtını, məqsədini, müraciət edənin şəxsi məlumatlarını qeydə alır və aidiyyəti üzrə ötürür;
• Korrespondensiyanı, dərkənar və imza üçün daxil olan sənədləri rəhbərliyə, imzalanmış sənədləri isə kargüzarlıq şöbəsinə təqdim edir;
• Fəaliyyəti ilə bağlı hesabatlar hazırlayır;
• Fəaliyyəti ilə bağlı proseslərin optimallaşdırılması üçün təkliflər verir
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Katibə-referent” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |