-1 C
Baku
Sunday, December 15, 2024

Katibə-referent – AFB Bank

0
Katibə-referent – AFB Bank
08.04.2019

AFB Bank Katibə-referent vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Katibə-referent
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

Əməkhaqqı: 500 AZN

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Müvafiq sahədə iş təcrübəsi;
• Dil bilikləri: rus və azərbaycan dili mütləqdir (ingilis dili arzu olunandır);
• Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq; 
• Microsoft Office proqramları biliyi;

İŞİN TƏSVİRİ:

• Rəhbərliyin təyin etdiyi görüşləri təşkil edir, toplantıların vaxtı və yeri barədə iştirakçıları məlumatlandırır;
• Telefon zənglərini qəbul edir, aidiyyəti üzrə yönləndirir;
• Müraciətlərin vaxtını, məqsədini, müraciət edənin şəxsi məlumatlarını qeydə alır və aidiyyəti üzrə ötürür;
• Korrespondensiyanı, dərkənar və imza üçün daxil olan sənədləri rəhbərliyə, imzalanmış sənədləri isə kargüzarlıq şöbəsinə təqdim edir;
• Fəaliyyəti ilə bağlı hesabatlar hazırlayır;
• Fəaliyyəti ilə bağlı proseslərin optimallaşdırılması üçün təkliflər verir

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Katibə-referent” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı