Ağsu
29.02.2024
İş barədə məlumat:
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO9001 / 22000) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınmalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
- Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil etmək
- İstehsalat işçilərinə gigiyena, sanitariya və qida təhlükəsizliyi barədə mütəmadi olaraq məlumatlandırmaq, təlimlər təşkil etmək.
- Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etmək.
- Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirmək;
- Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etmək;
- İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili;
- Keyfiyyətə nəzarət şöbəsinin mövcud prosedurlarının nəzərdən keçirilməsi, sahələrdə risk analizinin aparılması;
- İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət;
- Məhsulların keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib, hazırlanması;
- Müəssisəyə daxil olan materialların (xammal, material, yarımfabrikat) yoxlanması, onların keyfiyyətinin standard və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
- İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarəti, hazır məhsulların keyfiyyəti və komplektliliyi, müəssisədə istehsala aid əl alətləri və texnoloji ləvazimatların keyfiyyəti, həmçinin müəssisənin bölmələri və anbarlarda xammal, material, yarımfabrikat, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi;
- Məhsulların keyfiyyətinin artırılması üçün tədbirlərin keçirilməsi;
- Hazır məmulatların sınaqdan keçirilməsi və məhsulların keyfiyyətini təsdiq edən sənədlərin tərtib olunmasına nəzarət, təchizatçıların çatdırılmaların keyfiyyətinə dair tələbləri pozduqda rekomendasiyaların hazırlanması;
- Məhsulların istehsal prosesinə cari nəzarət üzrə metodika və texnoloji təlimatların vaxtında məsul işçilərə təqdimatı, müəssisədə nəzarət-ölçü vasitələrinin vəziyyəti və onların dövlət yoxlaması üçün vaxtında təqdim olunması, keyfiyyətə nəzarət xidmətlərinin lazımi texniki sənədlərlə təmin edilməsinə nəzarət;
- İstehsal texnologiyalarında nöqsan və pozuntuların yaranması, zay məhsul və aşağı növdə məhsulların buraxılmasının səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Keyfiyyətsiz məhsulların qəbulu və yüklənib göndərilməsinin dayandırılması üzrə işlərə rəhbərlik edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlanması.\
Tələblər:
- Kimya və ya Qida Mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı arzuolunandır;
- Bu sahədə ən azı 4 illik təcrübəyə sahib olmalı. İçki sektorunda iş təcrübəsi arzuolunandır;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalı;
- Azərbaycan dili mükəmməl (ingilis və rus dili arzuolunandır) olmalı;
Digər məlumatlar:
- İş yeri – Ağsu şəhəri;
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində “Keyfiyyətə Nəzarət Şöbəsinin Müdiri” yazmaqla e-mail ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |