25.07.2023
Vəzifə ilə bağlı biliklər:
- Keyfiyyət təminatı ilə bağlı prosesləri analiz etmək və sənədləşdirmək
- Keyfiyyət təminatı ilə bağlı bütün növ sənədlərin yaradılması, nəşri, idarə edilməsi, implementasiyası, yenilənməsi və aktiv şəkildə istifadə edilməsi;
- Keyfiyyət İdarəetmə Sisteminin qeydlərinin izlənməsi, təhlili və hesabatların hazırlanması;
- Standartlara, spesifikasiyalara, prosedurlara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, müqavilələrin tələblərinə cavab verməyən mal, məhsulların və proseslərin qarşısını almaq üçün işlərin idarə edilməsi;
- Struktur üzrə digər bölmələrin işlərinin keyfiyyət təminatı ilə əlaqələndirilməsi və proseslərdə tətbiqi;
- Şirkətin keyfiyyət təminatı məqsədlərinin həyata keçirilməsi və təmin edilməsi;
- Görülən düzəlişlər və düzəldici tədbirlər haqqında hesabatların hazırlanması;
- Daxili audit və gündəlik fəaliyyət zamanı aşkarlanmış uyğunsuzluqlarla bağlı fəaliyyətlərin həyata keçirilməsinə nəzarətin edilməsi;
- KİS üzrə daimi təkmilləşdirmənin, fəaliyyətlərin müəyyənləşdirilməsi;
- Keyfiyyətlə bağlı statistik məlumatların alınması üçün müvafiq qeydlərin aparılması
Namizədə tələblər:
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il
- Ali təhsil: Müvafiq mühəndislik sahəsi üzrə ali təhsil
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzu olunandır
- Kompüter bacarıqları: MS Office
- İSO 9001:2015 üzrə sertifikat və müvafiq təcrübə
Əlavə məlumat:
- İş yeri: BEGOC Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
Maraqlanan şəxslər öz CV formalarını “Keyfiyyət təminatı üzrə mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |