Bakı
25.07.2023
Vakansiyanın təsviri
- Excel proqramından istifadə etməklə pul vəsaitlərinin hərəkətinin təhlili, bazar yanaşması və xərclərin qiymətləndirilməsi metodları üçün maliyyə modellərinin hazırlanması;
- Qiymətləndirməni təyin etmək üçün bir çox pul vəsaitlərinin hərəkəti modelləri və parametrləri əsasında ssenarilərin hazırlanması;
- Pul axını proqnozlarının yaradılması;
- Ətraflı maliyyə modellərinin qurulması, saxlanması və təhlillərin inkişaf etdirilməsi;
- Təklif olunan investisiya üzrə tam maliyyə modelləşdirilməsi və təhlilinin aparılması;
- İnvestisiya gəlirlərinin təhlilinin aparılması;
- İnvestisiyanın təhlili prosesinə köməkliyin göstərilməsi;
- Daşınmaz əmlak tendensiyalarının izlənməsi və hesabatın hazırlanması;
- Qəbul edilmiş müvafiq yanaşmalar və nəzəriyyələrdən istifadə edərək beynəlxalq daşınmaz əmlak bazarı təhlilinin həyata keçirilməsi;
- Bazar və ən yaxşı təcrübələr haqqında məlumatlı olmaq;
- Bazar / iqtisadi tendensiyalar və proqnozlar haqqında analitik məlumatların təqdim edilməsi;
- Təhlil nəticələrinin dəqiq və qısa xülasə şəklində təqdim edilməsi;
- Rüblük daşınmaz əmlak bazarı hesabatlarının hazırlanması;
- Hesabat məlumat bazası və fəaliyyətlərinin yenilənməsi və saxlanması.
Xüsusi tələblər
- Maliyyə, iqtisadiyyat və ya riyaziyyat sahələri üzrə ali təhsil.
- Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dili bilikləri azruolunandır.
- Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır.
- Peşəkar səriştələr: Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarından mükəmməl istifadə qabiliyyəti;
- Peşakar yazı, hesabat vermə bacarığı, təqdimat qabiliyyəti;
- Analitik düşüncə, araşdırma, qərarvermə və təhlil qabiliyyəti;
- Davranışla bağlı səriştələr: komanda yönümlülük, effektiv danışıq aparma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlılıq, yaradıcı düşünmə, nəticə yönümlülük;
- İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |