10 C
Baku
Saturday, November 16, 2024

Kiçik Auditor – MKT İstehsalat Kommersiya MMC

0
Kiçik Auditor – MKT İstehsalat Kommersiya MMC
Bakı
20.05.2020

Kiçik Auditor

MKT-İK MMC (Pambıq müəssisəsi) Kiçik Auditor vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Komanda üzvü qismində səmərəli çalışır, öhdəlikləri bölüşür, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparır;
• Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz edir;
• Biznes proseslər haqqında məlumat toplayır və biznes proseslərin analizində iştirak edir;
• Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirir;
• Məlumatın test üsulu ilə yoxlanılmasını həyata keçirir;
• Audit yoxlamalarının nəticələrini Daxili audit şöbəsinin standartlarına uyğun olaraq sənədləşdirir;
• Mühasibat sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlayır;
• Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirir.

Tələblər

• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Daxili Audit, Əməliyyatlar, mühasibatlıq, biznes analizi və ya proqram qiymətləmdirilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların cə təkliflərin təqdim edilməsi bacarığı, rus və ingilis dillərində sərbəst ünsiyyət qurma;
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydası:

CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kiçik Auditor” yazmaqla müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaAuditor