12.07.2019
Kiçik biznesin müştərilərinin kreditləşməsi şöbəsinin müdiri
Tələblər:
- İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;
- Analoji vəzifədə azı bir illik iş təcrübəsi;
- “Banklar haqqında” qanuna, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktlarına bələd olmaq;
- Maliyyə təhlilinin metodikalarına bələd olmaq (yerli qanunvericiliyinə və BMHS tələblərinə uyğun olaraq);
- Azərbaycan və rus dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;
- MS Office proqramını yüksək səviyyədə bilmək.
Vəzifələri:
- Kreditləşmənin təşkili və kiçik biznes seqmentinin hüquqi şəxslər-borcalanların bilavasitə kreditləşdirilməsi;
- müştərilərlə danışıqların aparılması ilkin sənədlərlə işləmə;
- təhlilin aparılması (mühasibat və idarəetmə uçotu);
- şöbənin kredit rəylərinə nəzarət və düzəlişlər edilməsi;
- müştərilərin kreditləşdirilməsi haqqına məsələlərin baxılması üçün Bankın səlahiyyətli orqanına çıxarılması;
- borcalanların maliyyə vəziyyətinin monitorinqi, potensial problemli borclarla iş;
- kredit dosyelərinin formalaşdırılması və onların formalaşdırılmasına nəzarətin həyata keçirilməsi;
- kredit portfelinin aparılması;
- kreditin geri qaytarılmasının təmin edilməsi;
- funksional tabeliyində olan əməkdaşları üçün kredit sifarişinin maliyyə-iqtisadi səmərəliyinin meyarlarına cavab vermə və digər məsələlərə dair konsultasiyasının aparılması;
- əsas göstəricilər üzrə planların yerinə yetirilməsi.
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |