7 C
Baku
Thursday, December 12, 2024

Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi – Bank BTB

0
Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi – Bank BTB
11.07.2019

Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi

İş barədə məlumat:

• Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir; 
• Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır; 
• İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
• Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir; 
• Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır; 
• Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

 Ali iqtisadi təhsil;
 Kreditləşmə sektorunda ən azı 2 il iş təcrübəsi;
 Ünsiyyət qurma bacarığı;
 Təqdimetmə və satış bacarığı;
 Planlaşma və təşkiletmə bacarığı;
 Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi