10 C
Baku
Thursday, December 12, 2024

Kiçik və Orta Biznes kreditləşməsi şöbəsində Mütəxəssis – Azər Türk Bank

0
Kiçik və Orta Biznes kreditləşməsi şöbəsində Mütəxəssis – Azər Türk Bank
Bakı
05.04.2021
Vakansiya haqqında məlumat:

 

Korporativ Bankçılıq Departamentinin Kiçik və Orta Biznes kreditləşməsi şöbəsində Mütəxəssis

Namizədə olan tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə)
  • Kiçik və orta biznes subyektlərinə xidmət və maliyyələşmə (kreditləşmə) sahəsində iş təcrübəsi arzuolunandır
  • Səlis Azərbaycan dili, Rus dili biliyi arzuolunandır
  • MS Office proqramlarından istifadə bacarığı
  • Fərqli satış texnikalarını bilmək
  • Biznes analizi və maliyyə təhlili aparmaq bacarığı
  • Yüksək ünsiyyətqurma, dinləmə, təqdimat və vaxtı idarəetmə bacarıqları
  • Komanda tərkibində işləmək qabiliyyəti
  • Təşəbbüskar, məsuliyyətli, peşəkar və enerjili olmaq
  • Yeni bilik və təcrübələri mənimsəməyə həvəsli olmaq

Vəzifə öhdəlikləri

  • Bankın məhsul və xidmətlərinin səmərəli satışı və xidmətin yüksək səviyyədə təmin olunmasında iştirak
  • Müştəri müraciətləri üzrə biznes analizini aparmaq, maliyyə hesabatları ilə işləməyi bacarmaq
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək
  • Müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək
  • Yeni kredit məhsulu və xidmətlərinin yaradılması üzrə təkliflər vermək.

CV-lərinzi atb.az saytının Karyera bölməsinə keçid edib və ya vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi