“PASHA Bank” ASC Kommersiya Layihələri üzrə Menecer vakansiyasını elan edir.
İŞ BARƏDƏ MƏLUMAT:
Strateji təşəbbüslərin səmərəli şəkildə reallaşdırılması üçün lazımi proseslərin, sənədlərin, prosedurların icrasına cavabdehdir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Strateji təşəbbüslərin icrasına nəzarət və monitorinq
• Layihə planlarının, qrafiklərinin, büdcəsinin saxlanılması və monitorinqi
• Layihə çərçivəsində təşkilati məsələlərin həll olunmasını təmin etmək və layihə hədəflərinə çatılması üçün təşəbbüsün icrasına cəlb olunan komandaları təşkilatlandırmaq
• Layihə idarə edilməsi üzrə standart alətlərin tətbiq edilməsi
• Təşəbbüs sponsoru, icraya məsul tərəfləri və təşəbbüsün icrasına cəlb olunmuş komandaları əldə olunan irəliləyiş və hədəflərə çatılması baxımından müntəzəm olaraq dialoqlar aparmaq və hədəflərə çatılmasına əmin olmaq.
• Layihələrin icrası barədə hesabatların hazırlanmasına dəstək
• Layihə çərçivəsində rəhbərlik və müvafiq departamentlərlə kommunikasiyanın qurulması
TƏLƏB OLUNANLAR:
• Təhsil: Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
• Tələb olunan iş təcrübəsi: Bank məhsulları və kreditləşdirmə sahəsində minimum 3 il
• Bazar üzrə biliklər: Satış prosesləri və Bank işi bilikləri; Regional Bankçılıq/Mikromaliyyələşdirmə sahəsində bilik və təcrübə üstünlük qazanacaqdır
• Başqa tələblər: Biznes prosesləri barədə biliklər. Effektiv ünsiyyət bacarığı (yazılı və şifahi).
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 06.06.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Kommersiya Layihələri üzrə Menecer” yazaraq göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Marketinq və PR |