18 C
Baku
Thursday, April 18, 2024

Kompensasiya və müavinətlər üzrə mütəxəssis – PAŞA Sığorta

0
Kompensasiya və müavinətlər üzrə mütəxəssis – PAŞA Sığorta
Bakı
12.06.2020

PAŞA Sığorta” ASC namizədləri Kompensasiya və müavinətlər üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkət üzrə aylıq əmək haqlarını, mükafat, əlavə iş saatları və tutulmalara dair məlumatları hesablamaq, Əmək Haqqı sisteminə (Protech) daxil etmək və ödənişi təmin etmək;
• Əlavə ödəniş və ya tutulmalara dair təqdim olan sənədləri yoxlamaq və ehtiyac yaranarsa, hesablamalara dair müvafiq funksiya rəhbərləri ilə aydınlaşdırıcı görüşlərin təşkil edilməsi;
• Hər bir əmək haqqı hesablanması dövründə əməliyyatların vaxtında və dəqiq yerinə yetirilməsi üçün iş prosesi təşkil etmək və idarə etmək;
• Əməkdaşın aylıq ödənişinə təsir edən bütün vergi və ya əmək qanunvericiliyi tələblərindən irəli gələn dəyişiklikləri araşdırmaq və həyata keçirmək;
• Əməkdaşın sorğularını araşdırmaq və onlara vaxtında cavab vermək;
• Tələb olunduqda əməkdaşların əmək haqqı ödənişlərini fərdi qaydada yoxlamaq;
• Müvafiq tapşırıq verildikdə və ya vəzifə öhdəlikləri ilə tələb olunduqda şöbə daxilində digər sahələr üzrə dəstək göstərmək;
• Əməkdaşların fəaliyyətinə təsir edəcək məmnuniyyət proqramlarının, benefit paketlərinin hazırlanması;
• Biznes hədəflərinə və strategiyaya uyğun olan Kompensasiya paketinin hazırlanması;
• Əməkdaşlara təqdim olunan məmnuniyyət proqramlarının və benefit paketlərinin gözləniltilərə uyğunluğunu yoxlamaq məqsədilə illik sorğuların keçirilməsi, yeni təkliflərin toplanılması, analızı və proses edilməsi, ümumi bazar araşdırmalarının aparılması;
• Əməkdaşların şirkətə bağlılığını və məmnuniyyəti artırmaq məqsədi ilə yeni motivasiya sistemlərinin araşdırılması, bazar analizinin təşkil olunması və təşəbbüslərin rəhbərliyə təqdim olunması;
• İllik əmək haqqı fonduna birbaşa nəzarət və büdcə istifadəsi üzrə müvafiq hesabatların tərtib olunması;
• Bütün məsələlərə münasibətdə məxfilik qaydalarına uyğun davranmaq.

Bilik və bacarıqlar:

• Əmək haqqının hesablanması üzrə iş təcrübəsi;
• Əmək haqqının hesablanması və əmək haqqından gəlir vergisinin tutulması ilə bağlı qanunları dərindən bilmək;
• Standart əmək haqqı/mühasibat uçotu anlayışları, təcrübələri və prosedurlarını yaxşı bilmək;
• Əmək məcəlləsi üzrə dərin biliklər;
• Yüksək səviyyədə excell bilirkləri.

BACARIQLAR

• Dəqiqlik və məxfiliyi ən yüksək səviyyədə qoruyub saxlamaq;
• Müstəqil işləmək, vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları;
• Yüksək peşəkarlıq səviyyəsi ilə aydın və qısa ünsiyyət qurmaq üçün tələb olunan mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
• Güclü etik dəyərlərə malik olmaq;
• Vaxt məhdudiyyəti şəraitində sərbəst işləyə bilmək;
• Əsaslandırılmış qərar verə bilmək bacarığı;
• Tapşırıqların yerinə yetirilməsində davamlı olaraq operativlik nümayiş etdirmək;
• Təzyiq altında işləmək və problemləri həll etmək bacarıqları;
• Komandada işləmək bacarığı

Son müraciət tarixi: 30 iyun, 2020-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta