AFB Bank Komplayns və Nəzarət Strukturuna baş mütəxəssis/aparıcı mütəxəssis/mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Baş Mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadiyyat, maliyyə);
• Bank sahəsində 2 il, nəzarət, audit və ya risk sahəsində 1 illik iş təcrübəsi;
• Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları üzrə biliklər;
• MS Office proqramalarından, əsasən MS Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
• PL/SQL bilikləri arzuolunandır;
• Mükəmməl Azərbaycan dili biliyi (Rus və ingilis dili bilənlərə üstünlük verilir);
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Analitik düşüncə qabiliyyəti, dəqiqlik, təşəbbüskarlıq;
• Məsuliyyət, gərgin iş rejimində işləmək bacarığı, ünsiyyət qurmaq qabiliyyəti, komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• Bankın biznes prosesləri üzrə bank daxili qayda və prosedurların mövcudluğunu yoxlamaq;
• Bankın daxili qayda və prosedurlarının Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğunluğunu yoxlamaq;
• Bankın strukturlarında fəaliyyətin bank daxili qayda və prosedurlara uyğunluğunu yoxlamaq;
• Müştəri Xidmət strukturları tərəfindən aparılan əməliyyatları dövrü olaraq məsafədən və səyyar yoxlamaq;
• Aparılan yoxlamalar zamanı fraud hallarını aşkarlamaq;
• Görülmüş işlər barədə təqdimat və hesabatlar hazırlamaq;
• Nəzarət sistemin effektivliyinin artırılması üçün tövsiyyələr vermək..
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdikləri vəzifəyə uyğun olaraq “Komplayns və Nəzarət strukturunun baş mütəxəssisi/aparıcı mütəxəssisi/mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |