12 C
Baku
Friday, March 29, 2024

Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası – Bank of Baku

0
Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası – Bank of Baku
Bakı
20.08.2021

Vəzifə: Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası

Əsas vəzifə və öhdəliklər:

• İdarə etmə orqanlarının (Audit komitəsi istisna olmaqla) və bankdaxili komitələrin (Sahə kredit komitəsi , MXD və filiallardakı kredit komitələri istisna olmaqla) iclas protokollarının, habelə Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin tətbiqi aktlarının (qərar/əmrlər) hazırlanması (insan resurslarının idarə edilməsi və sahəvi tətbiqi aktlar (əmrlər) istisna olmaqla), rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə ((o cümlədən vahidlərə) və şəxslərə çatdırılması.
• Bankdaxili strategiya, siyasət, məcəllə, təlimat və qaydaların, habelə İdarəetmə orqanlarının və bankdaxili komitələrin (MXD və filiallardakı kredit komitələri istisna olmaqla) fəaliyyətini tənzimləyən əsasnamələrin hazırlanması prosesinə dəstək verilməsi;
• Bankdaxili struktur bölmələrinin əsasnamələrinin hazırlanması istiqamətində zəruri hüquqi rəy və məsləhətlərin verilməsi
• Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə standart və qeyri standart tipli sənədlərin hazırlanması, aidiyyəti hüquqi sorğuların araşdırılması, cavablandırılması və s.

Seçim meyarları:

– Ali hüquqi təhsil
– Sahə iş təcrübəsi tələb edilmir
– Azərbaycan dili – əla
– Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
– Öyrənməyə həvəs
– MS Office proqramları ilə işləmə bacarığı

Yuxarıdakı tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası sözünü qeyd etməyi unutmayın!

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi