9 C
Baku
Friday, November 15, 2024

Korporativ hüquq Şöbəsinin rəis müavini – Rabitabank OJSC

0
Korporativ hüquq Şöbəsinin rəis müavini – Rabitabank OJSC
Bakı
19.08.2021

“Rabitəbank” ASC Hüquq Departamenti, Korporativ hüquq Şöbəsinin rəis müavini vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

– Bankın fəaliyyətində qanunçuluğa riayət olunması, onun hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək;
– Bankın fəaliyyətində meydana çıxan bütün hüquqi məsələlər üzrə, habelə yeni layihələr üzrə rəylərin hazırlanmasını təmin etmək;
– Bankın idarəetmə orqanlarının qərarlarının (əmrlərinin) və digər normativ sənədlərin layihələrinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair rəylərin verilməsini təmin etmək;
– Qanunvericiliyə zidd olan sənədlərin ləğvi və ya dəyişdirilməsi üzrə tədbirlərin görülməsini təmin etmək;
– Hüquqi sənədlərin hazırlanmasında Bankın müvafiq struktur bölmələrinə hüquqi məsləhətlərin verilməsini təmin etmək;
– Bankın digər müvafiq struktur bölmələri ilə birgə, müqavilələrin (beynəlxalq müqavilələr də daxil olmaqla) bağlanması üzrə işin təşkil edilməsi, həmin sənədlərin hazırlanmasında və vizalanmasında iştirak edilməsi (zəruri hallarda müqavilələrin layihələrinin bilavasitə hazırlanmasını) və bağlanmış müqavilələrin şərtlərinə riayət edilməsinə nəzarətin yaxşılaşdırılması üzrə təkliflər vermək;
– Bankın müvafiq struktur bölmələrinə pretenziya işində hüquqi yardımın göstərilməsi, iddia materiallarının hazırlanması, məhkəmə orqanlarına təqdim edilməsinə təşkil edilməsində hüquqi dəstək vermək;
– Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
– Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, aidiyyəti üzrə beynəlxalq hüquq normalarının tələblərini, eləcə də Bankdaxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək;
– Birbaşa özünün, habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək;
– Şöbənin işinin təşkili ilə bağlı məsələlərdə iştirak etmək;
– Vəzifə öhdəliklərinə aid digər işləri icra etmək.

Vəzifəyə olan tələblər:

– Ali hüquqi (magistraturanı bitirən şəxslərə üstünlük verilir);
– Hüquq sahəsində iş stajı azı 5 il;
– Azərbaycan və rusdillərini mükəmməl bilmək. İngilis dilini bilən şəxslərə üstünlük verilir;
– MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
– Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
– İdarəetmə qabiliyyətinə malik olmaq;
– Gərgin şəraitdə işləməyi bacarmaq;
– Liderlik qabiliyyətinə malik olmaq;
– Analitik düşünmə qabiliyyətinə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ hüquq Şöbəsinin rəis müavini” göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi