7 C
Baku
Thursday, December 12, 2024

Hüquqşünas – Qala Sigorta

0
Hüquqşünas – Qala Sigorta
Bakı
19.08.2021

Vakansiyanın adı: Hüquqşünas

Əsas vəzifə öhdəlikləri:

• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Cəmiyyətin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
• Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
• Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
• Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması və məhkəmə proseslərində iştirak;
• Vəzifə funksiyası ilə bağlı müvafiq tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:

• Hüquq sahəsi üzrə ali təhsil;
• Mövcud qanunvericiliyi (sığorta qanunvericiliyini bilməsi üstünlükdür) bilməlidir;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilənlərə üstünlük veriləcək);
• MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilmək;
• Ünsiyyət qurmaq bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Məsuliyyətlilik;
• Oxşar vəzifə öhdəlikləri üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək.

İş şərtləri:

• Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı 700 manat

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221/14

Vakansiyaya müraciət üçün CV-ləri “Hüquqşünas” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”lərə baxılmayacaq. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaHüquq, Sığorta