15 C
Baku
Thursday, May 16, 2024

Korporativ maliyyə şöbəsinin Aparıcı maliyyəçisi – Azərbaycan İnvestisiya Holdinqi

0
Bakı
24.02.2023

Vakansiyanın təsviri

 

  • İnvestisiya fürsətlərinin və investisiya qoyuluşu layihələrinin təhlilinin müvafiq maliyyə modelləri (NPV, IRR və digər modellər) yaratmaqla həyata keçirilməsi;
  • AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinə və müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə (bundan sonra – portfel şirkətləri) maliyyə idarəetməsi sahəsində metodiki dəstək göstərilməsində iştirak;
  • Portfel şirkətləri tərəfindən təqdim edilən qiymətləndirmə modelləri, layihə planları və investisiya memorandumlarının yoxlanılması və təhlili;
  • Layihələrin prioritetləşdirilməsi və kapital qoyuluşu büdcələrinin təhlili və tərtibi;
  • Potensial portfel şirkətlərinin alınması və birləşdirilməsi (M&A) üzrə layihələr çərçivəsində araşdırma və təhlil proseslərində iştirak;
  • İnvestisiyalara uyğun təqdimatların, tövsiyə yazılarının və memorandumların hazırlanması prosesində iştirak;
  • Portfel şirkətlərinin fəaliyyət istiqamətləri üzrə maliyyə hesabatlarının təhlili;
  • Portfel şirkətlərinin korporativ maliyyə sahəsində hüquqi aktlar, texniki norma və qaydalar, sahənin inkişafına  yönəldilmiş proqramlar, inkişaf konsepsiyalarının və digər sənədlərin layihələrinin işlənib hazırlanmasında iştirak

 

Xüsusi tələblər

 

  • Ali təhsil (mühasibat uçotu, maliyyə və s. əlaqəli sahələr);
  • Böyük dördlük (Big4) şirkətlərində (və ya digər qabaqcıl konsaltinq şirkətlərində) korporativ maliyyə, şirkətlərin  qiymətləndirilməsi, maliyyə modelləşdirilməsi, investisiyalar sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • Texniki-iqtisadi əsaslandırmalar üzrə biliklər;
  • Maliyyə modelləşdirilməsi və şirkətlərin qiymətləndirilməsi üzrə praktiki biliklər;
  • MS Office proqramlarında səlis işləmək bacarığı (mükəmməl Excel bacarıqlarına üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (CFA, ACCA, CIMA, CPA və s.) malik olan şəxslərə üstünlük verilir;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər