Bakı
21.08.2024
“Madina Group MM” MMC korporativ satış şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
- Son tarix: 20.09.2024
- Şirkət: “Madina Group MM” MMC
- Ərazi: Bakı
- Staj: min. 1 il
- Təhsil: Ali təhsil
- Müqavilə: Əmək müqaviləsi
- E-mail: [email protected]
Vəzifə öhtəlikləri:
- Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Görüş və təqdimatların təşkil edilməsini təmin etmək.
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müştərilərə müvafiq sənədlərin ünvanlanması;
- Müştəri tərəfindən tələb olunan müvafiq sənədlərin tərtib və təmin olunması (prekvalifikasiya forması, qiymətləndirmə forması və s.);
- Məhsulun geri qaytarma və dəyişdirmə halları olduğu təqdirdə həllinin təmin olunması;
- Tenderdə iştirak üçün zəruri sənədlərin təmin olunması;
- Zəmanət talonların hazır edilməsi;
- Müştərilərlə satışın stimullaşdırılması və müştəri məmnuniyətinin ölçülməsi məqsədi ilə telefon zənglərinin həyata keçirilməsi;
- Müştəri borcları üzrə məlumatların təmin olunması və müqavilənin tələblərindən irəli gələn maliyyə sənədlərinin Maliyyə departamentinə təqdim edilməsi (Hesab-faktura, qaimə-faktura);
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Office proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı;
- 1C proqramında işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
Göstərilən tələblərə cavab verən, xüsusilə şəxslərin və namizədlərin CV-lərini “Korporativ satış şöbəsinin mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.