2 C
Baku
Saturday, December 14, 2024

Korporativ satış – “Madina Group MM” MMC

0
Bakı
21.08.2024

“Madina Group MM” MMC korporativ satış şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Elanın təsviri

  • Son tarix:   20.09.2024
  • Şirkət: “Madina Group MM” MMC
  • Ərazi: Bakı
  • Staj: min. 1 il
  • Təhsil: Ali təhsil
  • Müqavilə: Əmək müqaviləsi
  • E-mail: hr@madinagroup.az

 Vəzifə öhtəlikləri:

  • Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Görüş və təqdimatların təşkil edilməsini təmin etmək.
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Müştərilərə müvafiq sənədlərin ünvanlanması;
  • Müştəri tərəfindən tələb olunan müvafiq sənədlərin tərtib və təmin olunması (prekvalifikasiya forması, qiymətləndirmə forması və s.);
  • Məhsulun geri qaytarma və dəyişdirmə halları olduğu təqdirdə həllinin təmin olunması;
  • Tenderdə iştirak üçün zəruri sənədlərin təmin olunması;
  • Zəmanət talonların hazır edilməsi;
  • Müştərilərlə satışın stimullaşdırılması və müştəri məmnuniyətinin ölçülməsi məqsədi ilə telefon zənglərinin həyata keçirilməsi;
  • Müştəri borcları üzrə məlumatların təmin olunması və müqavilənin tələblərindən irəli gələn maliyyə sənədlərinin Maliyyə departamentinə təqdim edilməsi (Hesab-faktura, qaimə-faktura);

 Tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Office proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı;
  • 1C proqramında işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;

Göstərilən tələblərə cavab verən, xüsusilə şəxslərin və namizədlərin  CV-lərini “Korporativ satış şöbəsinin mütəxəssisi” başlığı ilə hr@madinagroup.az elektron ünvanına göndərməkləri xahiş olunur.