Ümumi vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
- Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
- Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Satış sahəsində 2 illik iş təcrübəsi (Bank sektorunda əməliyyat və kredit sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
- Hesabatlılığın aparılması bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 fevral 2022-ci il tarixinədək emailin mövzu hissəsində Korporativ satış təmsilçisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. [email protected]
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |