6 C
Baku
Monday, December 16, 2024

Korporativ sığorta şöbəsinin müştəri meneceri – PASHA Life

0
Korporativ sığorta şöbəsinin müştəri meneceri – PASHA Life
16.09.2019

Struktur bölmə : Korporativ sığorta
Vəzifə : Müştəri meneceri
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 20 sentyabr 2019-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş korporativ satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Cəmiyyətə yeni korporativ müştərilərin cəlb olunmasını həyata keçirmək;
3. Mövcud korporativ müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
4. Mövcud korporativ müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
5. Debitorların ödənilməsini təmin etmək;
6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur;
Dil bilikləri : Azərbaycan və rus dillərini əla, İngilis dili yaxşı səviyyədə bilməlidir;

Kompüter bilikləri : MS Office;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, bütövlük, geniş perspektiv, təsir göstərmə, planlaşdırma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (+994 12) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Korporativ sığorta şöbəsinin müştəri meneceri vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta