9 C
Baku
Friday, December 13, 2024

KOS Kiçik Kredit Analitiki – PASHA Bank

0
KOS Kiçik Kredit Analitiki – PASHA Bank
Bakı
06.07.2020

KOS Kiçik Kredit Analitiki

İş barədə məlumat

Kiçik Kredit Analitiki bütün sahələrdə fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlıq müştərilərinin kredit müraciətlərinə baxır, biznes və maliyyə təhlilini (konvensional və sürətləndirilmiş şəkildə) aparır, proqnozlar edir, və digər komanda üzvləri ilə bir yerdə çalışaraq, sürətli və səmərəli şəkildə kreditləşməni təmin edir.

Vəzifə öhdəlikləri

• Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
• Komanda üzvləri ilə və prosesin digər iştirakçıları ilə bütün riskləri nəzərə alaraq sürətli və səmərəli şəkildə kreditləşməni təmin etmək
• Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi

Tələb olunan ixtisas və bacarıqlar

• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək səviyyədə analitik bacarıqlar – çox vacibdir
• Yaxşı ünsiyyət və danışıq bacarıqları
• Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə – çox vacibdir
• Azərbaycan dili – səlis
• İngilis və rus dili – yaxşı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 İyul 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “SME CA” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi