KOS kreditlər üzrə kiçik kredit ekspert – Bank of Baku

    0

    Posted 1 ay ago

    Vəzifə: KOS kreditlər üzrə kiçik kredit ekspert

    Vəzifə öhdəlikləri:


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    •  Bankın kiçik, orta, məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
    •  Filialın kiçik və orta kreditlərinin  planının icrasını və çarpaz satışını təmin etmək;
    •  Kredit portfelinin keyfiyyətinin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək, təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
    •  Potensial müştərilərin təhlilini apararaq, müvafiq sənədləri kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
    •  Korporativ müştərilərin loyallığının təmin edilməsi üçün zəruri tədbirlər görmək;
    •  Korporativ məhsulların təkmilləşdiriməsinə dair təkliflər vermək.

    Namizədə qarşı tələblər:

    •  Ali təhsil (iqtisadi və maliyyə təhsili olanlara üstünlük verilir);
    •  KOS kreditləri sahəsində ən azı 1 il iş təcrübəsi;
    •  Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
    •  Analitik düşünmə qabiliyyəti;
    •  Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
    •  MS Office proqramlarında sərbəst istifadə bacarığı;
    •  Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

    Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər.

    Job Features

    Job CategoryKredit işçisi

    Apply Online